Prezident İlham Əliyevdən COP29-la bağlı SƏRƏNCAM
13 Yanvar 2024 13:06 SiyasətPrezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin sədri
Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.
Bu sərəncamla yaradılan Təşkilat Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli; əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.
Nazirlər Kabineti bu sərəncamda nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.