Azərbaycanda maliyyə sahəsində şəffaflığın artırılmasında böyük uğurlar əldə olunub - Vahid Novruzov

Son illərdə Azərbaycanda maliyyə sahəsində şəffaflığın artırılması, hesabatlılığın yaxşılaşdırılması və qanunun aliliyinin möhkəmlənməsində böyük uğurlar əldə olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Bakıda keçirilən "Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində" forumunda deyib.

"Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar, o cümlədən, sahibkarlığın inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının miqyasının azaldılması və rüşvətxorluqla mübarizənin gücləndirilməsi ilə əlaqəli dövlət proqramlarının icrası, o cümlədən, idarəetmə sistemində şəffaflıq faktoruna və bütünlükdə Azərbaycanda iqtisadi və sosial həyata xüsusi diqqətin yetirilməsi dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafına əsas yaradır", - deyə o qeyd edib.

Novruzov, həmçinin, bu il Azərbaycanı böyük uğurların gözlədiyini bildirib.

"Ötən ilin dekabr ayında tarixi hadisə baş verdi: dünya ölkələri yekdilliklə COP29-un Azərbaycanda keçirilməsinə səs verdilər. Bu, Azərbaycanın daha bir uğurudur", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31