Azərbaycan  təhlükəsizliyini kiminlə qorumalıdır?- Əziz Əlibəyli-ÖZƏL

Prezident İlham Əliyevin televiziyalara verdiyi müsahibədə bu gün ölkəmiz qarşısında hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə zəng edəcəyi insanın əlbəttə, ilk növbədə qardaş Rəcəb Tayyib Ərdoğan olacağını vurğulayıb. 

"Bu Türkiyə Azərbaycan dostluğunun müasir vizionunu göstərir və Azərbaycanın gələcəyə yönəlik addımlarında Türk dünyasına qoyulan böyük hörmətin göstəricisidir".

Bu fikirləri Olaylar.az-açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli vurğulayıb. 

"Bu prizmadan maraqlıdır ki, beynəlxalq qlobal aləmdə maraqlar toqquşduqca, ölkələr üz-üzə gəldikcə, savaşların miqyası artdıqca istər-istəməz milli maraqlar və təhlükəsizliyin qorunması ön plana çıxır. Azərbaycan da təhlükəsizliyini kimlə qorumalıdır? Qərb, Şərq, yoxsa "Şuşa" bəyannaməsini imzaladığı Türkiyə ilə? Əlbəttə ki, Türkiyənin Azərbaycana marağının birgə qorunması bizi bu regionda güclü edən, müstəqilliyimizi ədəbi edən, ərazi bütövlüyümüzü tamlaşdıran və yaranacaq təhdidləri pereventiv şəkildə aradan qaldıran birlikdir. Bu həm də yan-yörədəki və qlobaq dünyadakı güclərə mesaj oldu",- deyə Ə.Əlibəyli əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31