Yenidən müharibəyə hazırlıq üçün hərbi ittifaq bağlayıblar -Elşad Həsənov-ÖZƏL

"Müharibə 3 ildən artıqdır ki, bitib. Bu müddətdə hələ ki, sülh müqaviləsi bağlanmayıb. Çünki, Ermənistanın havadarları, xüsusilə Fransa, İran və Rusiyanın bəzi siyasi dairələri sülh müqaviləsinin bağlanmasına əngəl yaradırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib:

"Ermənistan özü müstəqil olmadığına, asılı olduğuna görə Ermənistanın dövlət rəhbəri bu gün söz verir, sabah başqa bir şey danışır. Bunu artıq bütün ictimaiət bilir. Həm Ermənistanda, həm Rusiyada, həm Avropa İttifaqında, həm Azərbaycanda hamı bilir ki, Paşinyan belə bir siyasətçidir. Nəinki dediyi sözün, eyni zamanda imzaladığı sənədin də arxasında durmur. Buna misal olaraq 2020-ci il 10 noyabr bəyanatını göstərmək olar. Çünki, həmin bəyanatda göstərilən 4-cü və 9-cu maddələri yerinə yetirmədi. 4-cü bəndi özümüz yerinə yetirdik. Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrini çıxartdıq. 9-cu bənd isə Azərbaycanın Qərb rayonu ilə Naxçıvanı birləşdirən yolun-Zəngəzur dəhlizinin açılmasıdır. Bunu da etmədilər. Biz bunun əvəzində İranın ərazisindən keçməklə yeni yol salırıq. Biz bu işi görəndən sonra isə Ermənistan və onun havadarları-Amerika və Fransa başladı ki, məhz həmin orta dəhliz Ermənistan ərazisindən keçməlidir. Bu haqda da danışıqlar gedir. Bənddə göstərilmişdi ki, həmin 43 km yolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları mühafizə edəcəklər. Ancaq buna indi Ermənistanın rəhbərliyi yox dedi. Dedilər ki, həmin yola Ermənistanın özünün təhlükəsizlik orqanları nəzarət etməlidir. Bu haqda da hələlik razılıq yoxdur, danışıqlar gedir. 
Bu dövrdə Ermənistan doğurdanda, məğlub bir ölkə kimi özünə gəlməsə də, artıq Ermənistan silahlanır. Bu açıq görünür, çünki indi 21-ci əsrdir. Müqavilələr, ora gələn silahlar hamısı görünür, keçdiyi yollar nəzarətdədir, ona görə də bunu gizlətmək olmur. Ermənistan Hindistandan 155 mm haubitsalı raket və digər müdafiə silahı adı ilə 260 milyon dollarlıq hücum silahları aldılar. Revanşizm hisləri onlarda güclüdür, müharibəyə hazırlaşırlar. Eyni zamanda Qarabağdan çıxarılan qeyri-qanuni erməni yaraqlılarının 7 min nəfərinin Fransaya getməsi və orda təlimlər keçməsi haqqında da sosial şəbəkələrdə məlumatlar yayılır. Bu da onu göstərir ki, doğurdan da Ermənistan müharibəyə hazırlaşır. Necə deyərlər, məğlubiyyətin acığını çıxmaq istəyir. Buna da Ermənistanın böyük bacısı Fransa dəstək olur. Fransa Ermənistana 50 piyadalar üçün maşın göndərdi. Bunlar o qədər də yararlı maşın deyil, amma hər halda göndərir. Öz müşahidəçilərini göndəriblər və Ermənistanı necə deyərlər, yenidən müharibəyə hazırlamaq üçün hərbi ittifaq bağlayıblar. Müxtəlif hərbi təlimlər keçirlər. O cümlədən Amerikanın piyada qoşunları, zabitləri gəlib onlara hərbi təlimlər keçdilər. Bütün bunlar onu göstərir ki, Ermənistanda olan revanşist qüvvələr Azərbaycana müharibəyə hazırlaşırlar, yenidən Qarabağ məsələsini qaldırmağa. 30 il Azərbaycan torpaqlarını yeyib, dağıdıblar, iştahları böyükdür. Gərək onlar başa düşsün ki, Azərbaycan 35 il bundan qabaqkı Azərbaycan deyil.  Azərbaycan güclü dövlətdir, son 20 il ərzində çox böyük nəticələr əldə edib, yeni şəhərlər qurub, yollar salıb, infrastruktur yaranıb. Azərbaycan artıq dünya arenasına çıxmış böyük dövlətdir. Avropa İttifaqının etibarı tərəfdaşıdır. Artıq Avropanın 8 ölkəsinə Azərbaycan qaz, "Yaşıl enerji" satır. Bütün bunlar Azərbaycanın inkişaf etməsinə, güclü ordu yaratmasına gətirib çıxardıb. Ona görə də onlar bunu dərk etməlidirlər. Doğurdan da onlar düşünsələr ki, Azərbaycana hücum etsinlər, mən elə başa düşürəm ki, bu dəfə Azərbaycan ordusu qədim Azərbaycan torpaqlarının hamısını erməni işğalından azad edib, öz dədə-baba torpaqlarına sahib çıxacaq. Artıq biz bunun mesajlarını veririk. Qərbi Azərbaycandan qovulan  300 mindən artıq bacı-qardaşlarımızın torpaqları, evləri yağmalanıb, əllərindən alınıb. Onlar güc yoluyla ordan çıxarılıblar. Onların ora qayıdışı təmin olunmalıdır. Yox, Ermənistan bizim irəli sürdüyümüz sülh şərtləri ilə razılaşsa, sülh müqaviləsi bağlasa, o zaman Ermənistanın blokadada olan yolları açılacaq. Ermənistan həm Azərbaycan, həm Türkiyə ilə iqtisadi əlaqələr quracaq və inkişaf edəcək. Yox, bizə qarşı olsa, blokadada qalmağa davam edəcək və Ermənistan Azərbaycana qarşı yenə hücum etsə, bu dəfə Azərbaycan və Türkiyə arasında əriyib gedəcək. Çox güman ki, özünün 1918-ci ilə qədər olan ərazisini 9 min km2 ərazisi saxlanacaq ki, belə bir erməni dövləti olub. Sonradan bu torpaqların hamısı Azərbaycan torpaqlarının əsasında 29.8 min km2-ə çatıb. Ona görə də Ermənistan Azərbaycanın gücünü və qüdrətini yaddan çıxarmamalıdır. Onlar bizlə xoş qonşuluq münasibəti yaradıb yaşamalıdırlar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31