Ermənistana arxa durmaq istəyən ölkələr bu mesajlardan nəticə çıxarsalar, yaxşı olar- Sahil Kərimli-ÖZƏL

"Ermənistanı silahlandıran və ona havadarlıq edən dövlətlər anlamaldır ki, bununla heç bir nəticə əldə bilməyəcəklər. Azərbaycan nəinki Cənubi Qafqazda, dünyada güclü və qüdrətli ölkədir. Ermənistana hərbi dəstək verməklə rəsmi Bakıya hər hansı təzyiq etmək mümkün deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli qeyd edib. 

"Bu günlərdə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı bəzi beynəlxalq dairələrə çox ciddi və sərt mesajlar göndərdi. Bütün dünya Azərbaycanın qətiyyətli mövqeyini bir daha görmüş oldu. Ermənistana arxa durmaq istəyən ölkələr bu mesajlardan nəticə çıxarsalar, yaxşı olar. Fransa hərbi arsenalındakı köhnə və heç nəyə yaramayan silahları Ermənistana göndərməklə nə əldə edə bilər? Bu, sadəcə bölgəmizdə maraqlarını qoruyub saxlamağa çalışan Fransanın boş manipulyasiyasıdır. Son günlər Ermənistanın Almaniyadan da silah-sursat alacağı barədə xəbərlər yayılmaqdadır. Ermənistan öz aləmində məhv olmuş silah arsenalını yeniləmək və gücləndirmək, nə zamansa yenidən işğalçılıq siyasətini davam etdirməyi düşünür, amma kökündən yanılır. Çünki, Azərbaycan öz hərbi gücünü dəfələrlə nümayiş etdirib, ərazi bütövlüyünü öz qüdrəti ilə bərpa edib. Ermənistan da, ona havadarlıq edən ölkələr də lazımı paylarını alıblar. Əgər bundan sonra da həmin qüvvələr Azərbaycana qarşı hər hansı təhdid və təhlükə yaratmağa cəhd edərlərsə, anındaca məhv ediləcəklər",- deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31