“Dəmir Yumruq” yerindədir!-Ramiz Alıyev -ÖZƏL

"Ermənistana 1918-ci ildə verilmiş İrəvan, daha sonra Qərbi Zəngəzur torpaqları, Göyçə mahalı və digər torpaqlarımız bu gün Ermənistanın dövlət kimi mövcud olmasına əsas verir. Biz öz tarixi torpaqlarımızın bizə aid olmasını belə dünyaya sübut etməkdə çətinlik çəkirik."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"Ermənistan elə bir təbliğat aparır, elə işlər görür ki, biz öz torpaqlarımızı və oradan məcburi şəkildə köçürülmüş soydaşlarımızın hüquqlarını belə dünyada çətinliklə tanıda bilirik. Gərək düşmən də düşmən olsun. Bizim düşmənimiz də nakişidir. Soydaşlarımıza qarşı törətmiş olduqları lüzumsuz hərəkətləri və onların hüquqlarını pozmalarınını dünyaya çatdıramaqda çətinlik çəkirik. Dünya sanki, ermənilərin adı gələndə gözlərini, qulaqlarını yumur. Ermənilərin törətmiş olduqları cinayətləri, qanunsuz hərəkətləri eşitmək istəmirlər. Təbii ki, Azərbaycan tərəfi istər soydaşlarımızın hüquqlarını, istərsə də ərazilərimizlə bağlı dünyada öz sözünü deyə və təbliğatını çətin də olsa, apara bilir. Bizim rəqibimiz yalnız Ermənistan deyil. Ermənistanı alət kimi istifadə edən dövlətlərdi ki, onların da başında Fransa durur. 
Bizim sərhədlərimizin müəyyənləşdirilməsi ilə bağlı hər iki tərəfdə komissiya var. Delimitasiya və demarkasiya proseslərini həyata keçirəcək komissiya anklav adlanan kəndlərin də müəyyən olunması və Azərbaycana qaytarılması, həmin kəndlərdə azərbaycanlıların yaşamasını təmin etməlidir. Azərbaycan tərəfi bunu öz tələbində ortaya qoymuşdu, Ermənistan da bunu qəbul etməyə məcburdur. Ermənistan sülh və sabitlik istəyirsə, sülh müqaviləsinin qəbul olunmasını istəyirsə, bunu qəbul etməlidir. Yox, yeni problemlər istəyərsə, təbii ki Azərbaycanın "Dəmir Yumruq"u öz yerindədi. Ermənistana lazımı formada yenidən həmin "Dəmir Yumruq"u göstərə bilərik. Ermənistan və onun havadarları 70-ci illər xəritəsindən bərk yapışıblar və o xəritə ilə bağlı bütün səylərini göstərirlər ki, sərhədlər müəyyənləşsin. Əlbəttə ki, elə bir şey ola bilməz. Onda 1908-ci il xəritəsinə baxsaq, 1-2 kənddən başqa bütün torpaqlar Azərbaycanın olub. Azərbaycan 90-cı illər "Alma-Ata" bəyannəməsinə uyğun olaraq sərhədlərin müəyyən olunması və dəqiqləşdirilməsini istəyir. Bu da Azərbaycanın humanist addımıdır. Azərbaycan istəyərsə, 1918-ci il tarixli sənədlərə əsasən olan xəritəylə məsələnin həll olunması tələbini ortaya qoyar. Belə olduğu halda Ermənistanın paytaxtı İrəvan daxil olmaqla böyük bir ərazi Azərbaycana qaytarılmalıdır. Əgər ermənistan belə davam edərsə, biz o tələbdən də çıxış edə bilərik. Ermənistan başa düşməlidir ki, onun addımları və istəkləri gələcək illərdə Ermənistana müsbət heç bir şey vəd etmir. Ermənistan bu gün var gücü ilə çalışmalıdır ki, Azərbaycanla sülh müqaviləsi bağlasın və Azərbaycanın tələblərini yerinə yetirsin ki, dalandan çıxa bilsin. Əks halda, uzun illər dalanda qalmağa davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31