MDB PA-nın Azərbaycanda keçiriləcək Prezident seçkilərində müşahidəçilərinin koordinatoru təyin olunub

Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının (PA) Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Qazaxıstan parlamentinin Senat sədrinin müavini Jakıp Asanov təyin olunub.

Olaylar.az xəbər verir ki, müvafiq sərəncam MDB Parlamentlərarası Assambleyanın sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası Valentina Matvienko imzalayıb.

J.Asanovun namizədliyini Qazaxıstan parlamentinin Senatı irəli sürüb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31