Zaxarova erməniləri Qarabağda qondarma "etnik təmizləmə" ilə bağlı yalan xəbərlər yaydıqlarına görə tənqid edib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan tərəfinin Qarabağda qondarma "etnik təmizləmə" ilə bağlı iddialarına toxunub.

Olaylar.az xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu barədə həftəlik brifinqdə danışıb.

"İstərdim ki, hər hansı fakt təqdim etsinlər, əgər varsa, İrəvanda nüfuzlu hesab edilən hər hansı beynəlxalq təşkilatın, misal üçün, BMT və ya digər hər hansı təşkilatın heç olmasa hər hansı bir sənədini göstərsinlər. Bu "etnik təmizləmə"lərin olduğunu təsdiqləyən hər hansı sənəd, yaxud bəyanat varsa, zəhmət olmasa, bizə o sənədlərə istinadları göstərin", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31