Əsas milli ideyamız ərazilərimizi azad etmək idi- ÖZƏL

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Əliabbas Salahzadənin sözlərinə görə, qürurvericidir ki,  bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar: "Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin  azad edilməsi və suverenliyimizin  tam bərpa edilməsi  yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31