Prezidentdən son mesaj: “Əgər, Ermənistan öz mövqeyində israrlı olarsa...”- ÖZƏL
12 Yanvar 2024 11:44 Siyasət"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında problemin biri Yerevanın müqavilədə zəmanətçi ölkənin olmasını təklif etməsidir. Amma, Azərbaycan rəsmi şəkildə sülh müqaviləsində zəmanətçi ölkənin olmasını qəbul etmir. Çünki bu yeni problemlərə yol açması mümkündür". "Olayar"ın məlumatına görə, MCP başqanın müavini Məhəmməd Əsədullazadə bildirib ki, prezident cənab İlham Əliyevin Ermənistanın yuxarıdakı şərti ilə bağlı açıqlama verərək, son nöqtəni qoydu: "Əgər, Ermənistan öz mövqeyində israrlı olarsa, sülh müqaviləsi bağalanmaya bilər. Həmçinin prezident ötən gün mətbuata açıqlamasında Ermənistana və üç mərkəzə mesajı çatdırdı. Birinci, prezident heç bir vasitəçiyə ehtiyac olmadığı vurğuladı. Bu həm Rusiyaya, həm də ABŞ aidir. Ermənistanın təklif etdiyi zəmanətçi ölkə ABŞ -dır. Rəsmi Yerevan Vaşinqtonun sülh müqaviləsində zəmanətçi olmasını və müqavilənin də bu ölkədə bağlanmasında israrlıdır.
Prezident İlham Əliyev məhz heç bir ölkənin zəmanətinə və üçüncü ölkələrdə sənədin imzalanmasına ehtiyac olmadığını vurğulamaqla, birnöv Rusiyanın da burada iştirakının üstündən xətt çəkmiş oldu.
Ermənistanın öz təkliflərinin üstündə qalması real deyil. Yerevan qeyri-konstruktiv təkliflərindən geri çəkilib, Azərbaycanın şərtlərini qəbul edəcək. Çünki, Azərbaycan unikal bir təkilflə çıxış edərək, regionu geopolitik qarşıdruma meydanına çevirməməyə çalışır. N. Paşinyan isə, təlimatı Vaşinqton və Parisdən aldığı üçün prosesi uzatamağa çalışır".