Prezident seçkiləri ilə əlaqədar seçicilərə səsvermə vəsiqəsinin verilməsi müddəti başa çatır
12 Yanvar 2024 10:02 SiyasətSeçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti sabah başa çatır.
Olaylar.az-ın məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim planına əsasən, vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək verilməlidir.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb.