İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi
11 Yanvar 2024 16:35 SiyasətErmənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram təsdiq edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İrəvan hökuməti Qarabağdan könüllü köçən ermənilərin peşə hazırlığının təşkili və iş təcrübəsi qazandırılmasına dəstək proqramını təsdiqləyib.
Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib ki, bu proqram 3 komponentdən ibarətdir:
"Birinci mərhələdə peşəkar təhsil, sonra ən azı 3 aylıq məcburi iş olacaq. İkinci hissədə ödənişli təcrübə, ardınca ən azı 3 ay işlə təmin olunma mərhələsi gələcək. Üçüncü mərhələdə isə hər kəsi peşə hazırlığı, ödənişli təcrübə və iş gözləyir". (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31