Fransa cinayətlərinin ifşa edilməsi bundan sonra da ölkəmiz tərəfindən davam etdiriləcək-Tural İsmayılov- ÖZƏL

"Cənab Prezident yerli mətbuata  müsahibəsində çox vacib və önəmli məsələlərlə bağlı mesajlar verdi. "

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Ötən il yanvar ayında da belə bir müsahibə verilmişdi. Hər yeni il ölkə mətbuatına, ölkə televiziyalarına verilən müsahibədə Azərbaycanın gələcək strateji hədəfləri ilə bağlı ölkə başçısı tərəfindən dəqiq mesajlar verilir. Bu müsahibədə də diqqət çəkən bir çox fikirlər mövcud idi. Eyni zamanda, hamını maraqlandıran Azərbaycanla Ermənistan arasındakı sülh məsələsinin bundan sonrakı taleyi, Azərbaycanın regional kontekstdə gələcək siyasi planları, həmçinin ölkə həyatı ilə bağlı bir çox vacib məsələlər barədə mövqelər qeyd edildi. Mənim ən çox diqqətimi çəkən əlbəttə ki, Fransanın antiazərbaycan siyasətiylə bağlı  cənab Prezidentin müsahibədə söylədiyi fikirlər idi. Əslində bu gün Fransa  Azərbaycana qarşı düşmənçilik siyasətini ən üstün səviyyəyə çatdırıb. Özəlliklə, nəzərə almaq lazımdır ki, məhz cənab Prezidentin müsahibədə vurğuladığı kimi  Azərbaycanın ötən il sentyabr ayında 23 saat davam edən antiterror tədbirləri  ilə Xankəndidə də Azərbaycan bayrağını qaldırması və bütün ərazilərimizdə yurisdiksiyamızın, suverenliyimizin bərpa edilməsi Fransa və Fransanın ətrafındakı neokolonialist ölkələri ciddi narahat edir. Həmçinin cənab Prezident müsahibədə Azərbaycanın bundan sonra da Fransanın neokolonialist siyasətinə qarşı mübarizəni davam etdirəcəyini vurğuladı. Əslində, bu gün Bakı Təşəbbüs Qrupunun rəhbərliyi altında Fransanın dünyada törətdiyi müxtəlif cinayətlərin ifşa edilməsi Prezident İlham Əliyevin müsahibəsində bir daha vurğulanır. Dünyanın bir çox ölkələri Fransanın siyasətinə göz yumarkən Azərbaycan bu gün çox ciddi formada neokolonialist mübarizənin önündə yer alır. Fransa cinayətlərinin ifşa edilməsi hesab edirəm ki, bundan sonra da ölkəmiz tərəfindən davam etdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31