Prezidentin iki saat yarımdan artıq verdiyi müsahibənin xalqa hesabat xarakteri daşıdığını demək olar - ÖZƏL

"Cənab Prezidentin iki saat yarımdan artıq baş tutan müsahibəsi zamanı bir çox vacib məsələlər müzakirə olundu".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Danışıqlar prosesi, Azərbaycanın xarici siyasəti, seçki prosesi ilə bağlı məsələlərə toxunuldu, danışıqların getdiyi detallar müzakirə olundu. Yəni burada əslində mövzular çox idi. Yəni jurnalistlərin verdiyi sualların cavablandırılması, eyni zamanda, hətta İkinci Qarabağ savaşından öncəki dövrdə beynəlxalq tədbirlərdə baş tutan dialoqlar və s.  toxunuldu. Ümumi olaraq götürəndə, Azərbaycan prezidentinin son mediaya iki saat yarımdan artıq verdiyi müsahibənin həm də bir növ xalqa hesabat xarakteri daşıdığını da demək olar. Burada xalqı, insanlarımızı maraqlandıran və ölkəmizin dünəni, bu günü və keçmişi ilə bağlı lazım olacaq fikirlər və məsələlərin birinci şəxsin dilindən birbaşa səsləndirilməsi həyata keçirildi.

Mən hesab edirəm ki, kifayət qədər açıq şəkildə suallar cavablandırıldı və hansı məsələlər necə, hansı formada müzakirə olunubsa, onların bir çoxu Azərbaycan prezidenti tərəfindən səsləndirildi və təbii ki, bizim üçün də əsas olan budur. Çünki artıq ölkənin birinci şəxsi olaraq onun söylədiyi fikirdən o tərəf düzgününü biz görmürük. Çünki proseslərin içində olan şəxs olaraq o, birbaşa baş verən hadisələrin hansı formada cərəyan etdiyini də özü izah etmiş oldu. 

Ölkənin iqtisadiyyat, siyasətl, mövcud durumla bağlı seçki prosesinə gedəcək səbəbləri, yəni seçkinin səbəblərini açıqladı və mən düşünürəm ki, bunlar hamısı əslində lazımi məsələlərdir. Çünki cəmiyyətdə bəzi suallar, çaşqınlıqlar var idi. Bəzi qüvvələr cəmiyyəti çaşdırmağa çalışırdılar. Hesab edirəm ki, bu cür açıqlamanın verilməsi elə birbaşa o cəmiyyətə siqnaldır ki, baxın bu məsələlərdən ötəri, xüsusən də İkinci Qarabağ savaşı və nəhayət elə 19-20 sentyabr 2023-cü ildəki lokal xarakterli antiterror əməliyyatları nəticəsində əldə etdiyimiz uğurlar və s. hamısı orada qeyd olunmuş oldu. Bu çox önəmli bir məsələdir və seçkiyə təsir amillərin bunlar olduğunu da nəzərə alsaq, Azərbaycanın qarşıdakı dövrdə yeni eraya başladığını nəzərə alsaq, deyilən sözlər çox önəmlidir. 

O baxımdan düşünürəm ki, bizim görməli olduğumuz ən birinci məsələ, Azərbaycan prezidentinin orada verdiyi mesajlardır. Məncə, bu mesajların hər biri detallı şəkildə, növbəti dövrlərdə biz artıq nədən ibarət olduğunu görəcəyik. Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzunu da görürük, faktiki qarşıdakı dövrdə bizi yeni çağırışların gözlədiyini də görürük və düşünürəm ki, bunların hər biri bizim ölkəmizin inkişafı baxımından önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31