Azərbaycan artıq 2023-cü ildə regionun əsas gücü hesab edilə bilər - ÖZƏL
11 Yanvar 2024 15:05 Siyasət"2003-cü il olduqca həlledici məqam idi. Çünki həm Azərbaycanın həm daxili, həm xarici siyasətində köklü dəyişikliklər gözlənilirdi".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Fuad Şahbazov deyib.
"Nəzərə alsaq ki, Azərbaycan hər zaman bu məsələdə xüsusi olaraq ambisiyaları heç vaxt gizlətməyib və o cəhətdən düşünür ki, həm regional, həm beynəlxalq səviyyədə əməkdaşlıq həmin dövrü Azərbaycan üçün xüsusi olaraq əhəmiyyətli edirdi. "Əsrin Müqaviləsi" çərçivəsində region ölkələri və qlobal güc sayılan digər böyük ölkələrlə əməkdaşlıq və bu əməkdaşlıqdan doğan öhdəliklər onu deməyə əsas verir ki, 2003-cü il, hətta 2000-ci ilin əvvəlindən olan dövr çox həlledici bir dövr idi. Bu baxımdan prezidentin müsahibəsində qeyd etdiyi xüsusi məqamlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev əsas budur ki, o, öz qarşısına qoyduğu əsas prioritetləri və tapşırıqları, yəni, xarici siyasi amillərdən irəli gələn tapşırıqları yerinə yetirir və Azərbaycan artıq 2023-cü ildə regionun əsas gücü hesab edilə bilər. Həm hərbi cəhətdən, həm siyasi, həm iqtisadi cəhətdən".