BƏƏ ölkəmizə əsil dost dəstəyi göstərib- ÖZƏL
11 Yanvar 2024 13:17 Siyasət"2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevin sözlərinə görə, bu, əsl dost ölkənin dəstəyi idi: "Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə deyib ki, iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "Biz müxtəlif sahələrdə daimi tərəqqi və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq".
Millət vəkili əlavə edib ki, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafı baxımından mühüm amildir: "İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun önəmini xüsusilə qeyd edilməlidir. Bu Anlaşma Memorandumu strateji əhəmiyyət kəsb edir".