Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirildi - bayrağımız qaldırıldı - FOTO

Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.

Olaylar.az xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd "konstitusiya islahatlarına" yox deyirlər. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31