İlham Əliyev Azərbaycanı böyük nüfuza malik qalib dövlətə çevirdi

2003-cü ildən başlanan Böyük Yol-cənab İlham Əliyevin hakimiyyəti dövrü, Azərbaycana  böyük qələbələr və zəfərlər yaşatdı, dünya miqyasında böyük nüfuza və qüdrətə malik qalib dövlətə çevirdi və ən əsası bizi Qarabağımıza apardı. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz nəinki əsrə hətta əsrlərə belə sığımayacaq uğurlara imza atmağı bacarmışdır. Millət vəkili Sədaqət Vəliyeva bildirib ki, cənab İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən Azərbaycanın sürətli, davamlı və dayanıqlı inkşafı üçün əsaslı addımlar atdı: "Eyni zamanda müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu dövr ərzində mövcud  olan Qarabağ problemini xüsusi diqqətdə saxlamış, torpaqlarımızın işğaldan azad olunması üçün gecə-gündüz çalışırdı. Bu istiqamətdə bütün sahələr üzrə zərgər dəqiqliyi ilə ölçüb biçilmiş, ardıcıl və sistemli işlər həyata keçirildi. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrıldı, ordu quruculuğu təkminləşdirildi, orduda hərbi intizam möhkəmləndirildi, ordumuzun maddi-texniki təminatı, mənəvi-psixoliji hazırlığı və döyüş ruhu xeyli yüksəldildi, Azərbaycanın müdafiə sənayesi yaradıldı, ordumuz ən müasir silahlarla təchiz edildi, dünya dövlətləri ilə hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Nəticədə nizamlı, qüdrətli və güclü Azərbaycan ordusu formalaşdı və dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Dövlət Başçımızın müəllifi olduğu uğurlu hərb siyasəti və Ordu Quruculuğu sahəsində əldə olunmuş uğurlar bizləri böyük Zəfərə yaxınlaşdırırdı. Nəhayət o gün gəlib çatdı. İkinci Qarabağ Müharibəsində Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin müharibəsini apararaq öz ali missiyasını yerinə yetirdi, torpaqlarımızı işğaldan azad və beynəlxalq ədaləti bərpa etdi. Məhz, Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bütün dünya Qalib Ordu obrazından, 21-ci əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışdı".

Onun sözlərinə görə, qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında post müharibə dövründə də öz uğurlarını və qələbələrini davam etdirdi: "Vətən Müharibəsində qazandığı parlaq qələbədən sonra Azərbaycan Ordusu antiterror əməliyyatları zamanı da öz qüdrətini, gücünü və çevikliyini dünyaya nümayiş etdirərəkAzərbaycanı tam suveren, qalib dövlətə çevirdi. Dövlət Başçımız cənab İlham Əliyev hakimiyyətinin ilk illərindən dövlət gənclər siyasətini və bu siyasətə daxil olan gənclərin düzgün, milli mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi kimi məsələləri xüsusi diqqət mərkəzində saxlamışdır. Bütün bunların nəticəsi idi ki, heç zaman Qarabağı görməyən, Qarabağın havasını belə udmayan gənclər Ali Baş Komandanın bir əmri ilə səfərbər olaraq torpaqlarımızı işğaldan azad etdi. Bax budur İlham Əliyev siyasətinin unikallığı, qüdrəti və uzaqgörənliyi.Vətən Müharibəsində qazandığımız parlaq qələbəni şərtləndirən əsas amillərdən biri də cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın apardığı uğurlu xarici siyasəti və ölkəmizin beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlığı olmuşdur. Cənab Prezident İlham Əliyevin beynəlxalq səviyyədə görüyü işlər və apardığı təbliğat ölkəmizin haqq səsinin, mövcud həqiqətlərin və erməni yalanlarının ifşasında böyük rol oynamışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cəmisi 44 gün ərzində dünyanın sakit qaldığı, ATƏT-in Minsk Qurupunun həll edə bilmədiyi, mümkünsüzə çevrilən Qarabağ problemini həll etdi, dünyaya ədalət dərsi keçdi. Dünya İlham Əliyevin ağıllı, müdrik, uzaqgörən, unikal, mümkünsüzü mümkünə çevirən siyasətinə şahidlik etdi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31