Bu hesabat heç bir halda Azərbaycandakı vəziyyəti əks etdirə bilməz - ÖZƏL
11 Yanvar 2024 11:27 Siyasət"Amerika Dövlət Departamentinin belə bir hesabat yayması məndə çox böyük narazılıq və təəssüf doğurur. Çünki heç bir əsası olmayan, reallıqla uzlaşmayan bir hesabatdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Azərbaycanda din azadlıqları da, milli məsələlər də hər zaman dövlət tərəfindən qorunub, yüksək səviyyədə təmin olunub, təşkil olunub. Ona görə də, belə bir bəyanatla çıxış etmək, belə bir açıqlama vermək, hesab edirəm ki, mövcud vəziyyəti, reallıqları əks etdirmir. Mən bunu siyasi qərəz kimi hesab edirəm. Siyasi mahiyyət daşıyır, qərəzli və məqsədlir. Belə bir açıqlama hesabatla çıxış eləmək, Azərbaycan-Amerika münasibətlərinə, Amerikanın bölgədəki maraqlarına, qarşılıqlı əməkdaşlıq prinsiplərinə ziddir, ciddi zərbə vuran bir məsələdir. Bu hesabatları hazırlayan şəxslər, təşkilatlar ciddi şəkildə düşünməlidirlər, bu faktların reallıqla uzlaşmadığını bilməlidirlər, araşdırmalıdırlar.
Hesab edirəm ki, bu məsələlər heç bir halda Azərbaycandakı vəziyyəti əks etdirə, ifadə edə bilməz. Bu yanlışlıqların düzəldilməsi lazımdır. Daha doğru və dürüst hesabatların, açıqlamaların verilməsi, mövcud vəziyyətin real çıxışlarla əks edilməsi lazımdır".