Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq
10 Yanvar 2024 21:38 Siyasətİnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçirilən - red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31