Prezident: Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək

Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb: "Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31