Fransa ordusu ilk onluğa düşə bilmədi- ÖZƏL

"Global Firepower 2024"  reytinq cədvəlində  dünyanın ən güclü orduları  sırasında qardaş Türkiyəninki 8-ci pillədə yer alıb. Türkiyəninkindən sonra Pakistan ordusu gəlir. Ermənistanın dəstəyinə çox ümid bəslədiyi Fransa ordusu isə ilk onluğa düşməyib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Azərbaycan ordusu reytinq cədvəlində 59-cu, Ermənistanınkı isə 102-ci  yerdədir: "Amma burada diqqətdən qaçırlımaması gərəkən bir reallıq da var.  Özəlliklə də Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri de-fakto "iki dövlət, bir ordu" prinsipi ilə çıxış etdiklərindən iki qardaş dövlətin sərt güc potensialı "Global Firepower 2024"-də göstəriləndən daha böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31