Fransada Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir - Çingiz Abdullayev
10 Yanvar 2024 15:14 SiyasətFransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O bildirib ki, bu, bizim əlaqələrimizə böyük zərbə vurur.
"Biz Fransanın mədəniyyətini yüksək qiymətləndiririk, ancaq onların münasibəti göz qabağındadır. Mən inanmıram ki, Azərbaycanda Fransaya qarşı belə şeylər edilsin. Amma təəssüflər olsun ki, Fransanin siyasəti belədir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31