Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi saxlanıb- ÖZƏL
10 Yanvar 2024 12:50 Siyasət"Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi və bir yerli sakin saxlanılıb". "Olaylar" xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev verib: "Şirak rayonu ərazisində yoxlama aparan patrul xidmətinin erməni əməkdaşları "Opel" markalı avtomobili saxlayıblar. Maşının sürücüsü maşından düşərək daxilində ağ maddə olan polietilen paketi yerə atıb. İkisinin Rusiya hərbi qulluqçusu olduğu üzə çıxan avtomobilin sərnişinlərinə baxış zamanı ağ maddə olan paketdə qatlanan bıçaq və qələm qapağı aşkar edilib. Saxlanılanların hamısı polis şöbəsinə aparılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31