2023-cü ildə Azərbaycanın çoxəsrlik tarixinə növbəti Zəfər səhifələri yazıldı- ÖZƏL
10 Yanvar 2024 11:26 Siyasət"Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi 2023-cü il Prezidentin Sərəncamına uyğun olaraq "Heydər Əliyev ili" elan edilmişdi. 2023-cü il çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri geniş təhlil edildi, indiki və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıldı. 2023-cü ildə Azərbaycanın çoxəsrlik tarixinə növbəti Zəfər səhifələri yazıldı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib:
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bildirdi ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar edildi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın ucalması xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı".