Münasibətlərin inkişafı üçün maneyə törədə biləcək amillər sıfır səviyyəsindədir-Tofiq Abbasov- ÖZƏL

"İki ölkə arasında həqiqətən də böyük perspektivi olan münasibətlər qüvvəyə minib".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a  açıqlamasında bildirib:

"Burada əsas məsələ ondan ibarətdir ki, həm Bakı, həm Əbu-Dabi gözəl anlayırlar ki, indiki məqamda məhz hər iki tərəf üçün əlverişli olan layihələrin həyata keçməsi son dərəcə vacib və əhəmiyyətli rola malik olacaq. Bəli, biz demək olar ki, qarşılıqlı tərzdə ilk addımları atmışıq. BƏƏ-nin dünya şöhrətli Masdar şirkəti ilə bizim çox vacib və məhsuldar müqavilələrimiz var və onların əsasında Azərbaycanda çoxlu aktual layihələr işlənilir. Onların əsas göstəricisi ilk növbədə bərpa olunan enerji mənbələrinin potensialını sənaye proseslərinə qatmaqdan ibarətdir. Çünki, təbii ehtiyarlar, yeraltı qazıntılar əvvəl-axır tükənir. Amma işıq enerjisi, külək, su enerjisi, çaylardan, dənizlərdən əldə olunan enerji yaşıl enerji olaraq həm perspektic üçün çox vacib rol oynayır, həm digər tərəfdən də ekologiyanın, ətraf-mühitin müdafiəsi üçün vacib xidmətlər göstərir. Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan məhz bir partnyor kimi BƏƏ-nin Masdar şirkətini seçib. Bu dünyada çox tanınan bir qrupdur və onun geniş texnoloji imkanları var. O imkanları biz həm Azərbaycanın müxtəluf bölgələrinə cəlb edirik, ilk növbədə də dövlət başçısı Prezident İlham Əliyevin qayəsi ondan ibarətdir ki, işğaldan azad olunmuş topaqlarımızda həm yeni texnoloji tapıntılar yer alsın. Digər tərəfdən də biz azad olunmuş torpaqlarımızda sağlam yaşıl enerjinin geniş istifadəsi üçün yer ayıraq. Əlbəttə, Şeyx Məhəmməd ibn Zayed Əl Nəhyanın özünün Azərbaycana çox böyük həvəsi var. Azərbaycanda bu ölkənin imkanlarına, ümumiyyətlə, bu ölkənin mahiyyətinə, özünə, ərəb və müsəlman dünyasına tutduğu böyük bir diqqət var. Bir halda ki, bizi birləşdirən tellər çoxşaxəlidir, əlbəttə, biz bunlardan istifadə etməliyik. Yadınıza gəlirsə, ötən ilin hardasa ikinci yarısında BƏƏ-də dünya səviyyəsində tanınan böyük bir konfrans keçirildi, onun adı səhv etmirəmsə "Yaşıl Həftə" idi. Ora Azərbaycan Prezidenti şəxsən Şeyx Məhəmməd ibn Zayed Əl Nəhyanın dəvəti ilə getmişdi. Orada Azərbaycan Prezidenti çoxsaylı görüşlər, danışıqlar keçirdi. Söz yox ki, məhz evsahibinin də iştirakı ilə danışıqlar, məsləhətləşmələr yer aldı. Bu ondan xəbər verir ki, hər iki tərəfin özünün münasibətlərin inkişafında çox böyük marağı, diqqəti var. Bu zəmində biz yaxın gələcəkdə yeni nöqtələr tapacayıq ki,onların ətrafında həm cazibə qüvvəsi formalaşsın, digər tərəfdən də hər iki tərəfin maraqlarına uyğun olan layihələr, proqramlar reallaşsın. Onları gerçəkləşdirməkdə bizim heç bir problemimiz olmayacaq. Çünki, birincisi biz demək olar ki, qonşu regionlarda yer almış məmləkətlərik. Digər tərəfdən aramızda olan məzhəblər bir o qədər də böyük deyil və nəhayət bizim münasibətlərin inkişafı üçün maneyə törədə biləcək amillər də demək olar ki, sıfır səviyyəsindədir. Burada hər şey siyasi rəhbərlərin, onların komandalarının qətiyyətindən və istəyindən asılı olacaq. Hesab edirəm ki, bu zəmində biz hələ çox faydalı işlərin gerçəkləşməsinin şahidi olacayıq. Bu inteqrasiya səviyyəsində də artan münasibətlərimiz həm də təhlükəsizliyin və sabitliyin qorunmasına qulluq edəcək. Bu da çox vacib bir göstəricidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31