Bəzi Qərb dövlətləri Azərbaycanın dünyada artan nüfuzuna ləkə gətirmək istəyir- ÖZƏL
10 Yanvar 2024 11:13 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ölkə başçımızın apardığı müstəqil siyasi və iqtisadi siyasəti dünyada ölkəmizə olan etimadı hər il gücləndirir. Bu etimadın nəticəsidir ki, dünya dövlətləri yekdilliklə COP29 konfransının 2024-cü ildə Azərbaycanda keçirilməsinə səs verdilər". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının üzvü Elvin Musayev deyib. Bildirib ki, bəzi Qərb dövlətləri Azərbaycanın güclü dövlət olmasına və dünyada artan nüfuzuna ləkə gətirmək niyyətini güdür: "Onlar İlham Əliyev siyasəti qarşısında hər zaman məğlubiyyətə düçar olublar. Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi kursunu layiqincə və uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı. Ulu öndər Heydər Əliyevin yaratdığı və cənab İlham Əliyevin güclü dövlətə çevirdiyi Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq".