Ermənistan Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar edir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan Azərbaycanla Naxçıvan arasında maneəsiz giriş -çıxışa icazə verilməyəcəyini və bunun qırmızı xətt olduğunu qeyd edib. Ermənistan tərəfi sadələşdirilmiş gömrük tarifini təklif edir. Azərbaycan ilk növbədə öz ərazisindən digər ərazisinə daxil olur". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın burada nəzarət mexanizmi həyata keçirib, gömrük rüsumu tətbiq etməsi danışıqlar prosesinə zərbədir:

"Ermənistan rəhbərliyi ilə bu problemin sülh müqaviləsinin mətninə salınıb salınmadığı aydın deyil. Əgər, Ermənistan tərəfi bu mövqeyindən geri çəkilməsə, sülhün əldə edilməsi uzanacaq.​ Ümumiyyətlə, Azərbaycan Ermənistan ərazisindən dəhliz istəmir və bu ölkənin suverenliyini qəbul edir. Azərbaycan maneəsiz giriş-çıxışda maraqlıdır. Necəki, Rusiya ilə onun vilayəti olan Kalinqrad arasında Latviyadan keçən dəmiryol xətti maneəsiz giriş- çıxışa malikdir. Ermənistan rəhbərliyi bu təklifi qəbul etmək istəmir. Ermənistanın nəzarəti ilə giriş-çıxış təmin olunması təhlükəsizlik müstəvisində risklidir. Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31