BƏƏ-nin Azərbaycana maraq göstərməsi ölkəmizin artan dəyərini göstərir - Tural İsmayılov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Azərbaycanın Birləşmiş Ərəblikləri ilə çox dərin və güclü münasibətləri mövcuddur".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Özəlliklə, BƏƏ kimi dünyada çox vacib və önəmli bir mövqeyə malik olan iqtisadi güc mərkəzi sayılan bir ölkənin Azərbaycana maraq göstərməsi ölkəmizin artan dəyərini göstərir. Bu gün Azərbaycan təkcə ənənəvi enerji potensialı ilə deyil, alternativ bərpa olunan enerji mənbələri ilə BƏƏ-nin diqqət mərkəzindədir. Azərbaycan hökuməti ilə BƏƏ-nin Massar şirkəti arasında bu baxımdan ötən il tarixi bir müqavilə imzalanmışdır. Eyni zamanda, Azərbaycan beynəlxalq platformalarda BƏƏ-nin moderatorluğu ilə həyata keçirilən layihələrə çox fəal və aktiv şəkildə dəstək olmağa davam edir. BƏƏ prezidentinin COP29-Azərbaycanın evsahibliyinə dəstək verməsi, bu gün BƏƏ kimi önəmli bir güc mərkəzi ilə imzalanan müttəfiqlik anlaşması ölkəmiz üçün çox böyük iqtisadi-siyasi əhəmiyyətə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31