Ölkə rəhbərliyi yanğının günahkarlarının ciddi şəkildə cəzalandırılmasını tapşırıb - Anar Ələkbərov
9 Yanvar 2024 13:14 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb.
Olaylar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Anar Ələkbərov deyib.
O qeyd edib ki, sözügedən hadisə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31