Sosial şəbəkəni məhəllədəki nənələrin "besedkasına" çevirənlər- ÖZƏL
9 Yanvar 2024 10:02 SiyasətSon zamanlar facebookda müzakirə predmetinə çevrilən mövzular sual doğurur. Olaylar-ın məlumatıma görə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, siyasi elmdə, ətrafda baş verən hadisələrə yanaşmada "mətbəx yanaşması" termini (insanlar kateqoriyalara bölünürlər) var: "Sosial şəbəkəni məhəllədəki nənələrin besedkasına çevirən heç kimi bəyənməyənlər yaxşı olar ki, ciddi mövzular ətrafında diskussiya aparsınlar.
Bir müddət əvvəl yeni il gecəsi Zeynəb Xanlarovanın niyə səhnəyə çıxarılması bir qrup tərəfindən tənqid edilirdi. Hərçənd onillərdir ki, hər il yeni ildə oxuyur. Bu gün isə, İTV - nin müxbirinin verdiyi sual müzakirəyə çıxarılıb. Beləcə, mövzuların heç birinin zərrə qədər aktuallıq daşımadığı halda, seqmentdə yaşananlar zamana münasibətdə israfçılıqdır".