Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək
8 Yanvar 2024 14:34 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ASAN xidmət" mərkəzlərində seçicilərə "ASAN növbə" cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlamaq üçün imkan yaradılıb.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır:
"İnanırıq ki, "ASAN xidmət" mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçicilər həm də ənənəvi olaraq yenə dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istifadə etdiyi "ASAN xidmət" mərkəzləri daha geniş imkanlar yaradır".