Şarl Mişel dövrü başa çatır
8 Yanvar 2024 14:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Şarl Mişel Aİ lideri kimi ilk dəfə bu Qurumun Azərbaycan - Ermənistan arasındakı sülh danışıqlarında yaxından iştirak etməsinə nail olmuşdur. 2021 - ci ilin yayına qədər tam olaraq proseslərlə bağlı fikri formalaşmayan Mişel Bakıya səfəri zamanı Azərbaycan prezidenti ilə görüşmüş və həmin görüşdən sonra Aİ Azərbaycana və Ermənistana maliyə ayrılması ilə bağlı birinci qərarından imtina edərək bərabər yardım ilə bağlı yekun nəticəyə gəlmişdi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, ən önəmlisi isə, Brussel görüşlərində Şarl Mişel Dağlıq Qarabağ, müstəqillik, ayrılma və sair kimi saxta erməni ifadələrindən istifadə etməmiş və keçirilən bütün görüşlərdə Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin prinsipial davranışları nəticəsində möhkəmlənmişdir. Sonrada Makronun proseslərə müdaxiləsi və onun Brusselə, şəxsən Mişelə təzyiqi Avropa İttifaqının sülh danışıqlarından bir qədər uzaqlaşması ilə nəticələnmişdi:
"Əlqərəz, baş verənlər məlumdur. Sözsüz, Avropa İttifaqını və Avroparlamenti gözləyən seçkilər Cənubi Qafqazla bağlı bu institutlarda yaxın 1 ildə donmuş dövr ilə nəticələnəcək və Makronun istəklərinə baxmayaraq qoca qitənin diqqətinin daha çox daxili məsələlərə yönəlməsiylə başa çatacaq. Bugünlərdə Şarl Mişel bundan sonrakı karyerasını nümayəndə institutunda davam etdirəcəyini açıqlayıb. Qərb mətbuatı həyacan siqnalı çalaraq bu ilin yayında dərhal Aİ prezidentliyinə namizədin seçilməsinin vacibliyini yazır. Əks təqdirdə, 2024 - cü ilin ikinci 6 ayı ərzində Brusselin ən vacib kreslolarından biri Orbanın əlinə keçə bilər. Politico yazır: Viktor Orban Şarl Mişel istefa verəcəyi təqdirdə müvəqqəti olaraq Avropa İttifaqına rəhbərlik edə bilər.
Belə ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak edir. Mişel seçilərsə, iyulun ortalarında Avropa Parlamentində öz yerini tutacaq. Bundan sonra Aİ liderləri vakant postu doldurmaq üçün varis haqqında tez razılığa gəlməlidirlər. Əgər buna nail ola bilməsələr, Qurum iyulda Aİ Şurasına sədrlik edəcək Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının işinə rəhbərlik edəcək. Lakin, bu halda baş verəcək ki, namizədlə bağlı razılığa gəlinməsin. Sözsüz, ABŞ, Fransa və Almaniya sükanın macar nümayəndəyə verilməməsi üçün əllərindən gələni edəcəklər".