Azərbaycan xalqının qürur dolu anlar yaşamağa haqqı var- ÖZƏL
8 Yanvar 2024 13:28 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Arxada qalan ili Azərbaycan xalqı əzəmətlə, vüqarla başa vurmuşdur. Öz Liderinin ətrafında sıx birləşərək terrora, separatizmə qətiyyətlə qalib gələn bir xalqın qürur dolu anlar yaşamağa haqqı vardır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, məhz bu qüruru yaşadan isə onun siyasi aləmdə xüsusi çəkisi olan rəhbərinin olması da önəmlidir: "Bu mənada xalqı qələbədən qələbəyə aparan bir rəhbərin təvazökarlıqla, həm də ürəkdən gələn sevinclə müraciət etməsi də diqqətəlayiqdir. Cənab İlham Əliyev bildirdi ki, "2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm".