ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu?- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Bu şəkil 2020-ci ildə Füzuli rayonu Qarğabazar kəndi işğaldan azad olunandan sonra çəkilib. Şah Abbas məscididir. 1683-ci ildə inşa edilən bu tarixi məscid 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrildi. Şah Abbas məscidi kəndimizin yaxınlığında yerləşirdi. Uşaqlıqda xalamgilə gedən zaman bu məscidi də ziyarət edərdik. Tarixiliyi ilə seçilən adidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib: "Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil. Ermənistan işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. Ikili standartlara söykənərək Azərbaycanı izləmə siyahısına daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə dünən pravoslavlar ən vacib xristian bayramlarından birini - Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri qeyd etdilər: bu hesabat "müəlliflər"inin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31