Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov deyib: "Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Doğrudan da II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrik nitqində söylədiyi kimi Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31