ABŞ Dövlət Departamentinin mövqeyi qərəzli yanaşmadır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycanda bütün tarixi abidələr, o cümlədən dini abidələr qorunur, dini ayinlərin icrası üçün hər cür şərait var. Bakıda dövlət özü sinaqoq tikib, hər il dövlət büdcəsindən yardım ayrılır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu gün Qarabağda da eyni qaydada işlər görülür: "Kilsələr dövlətimiz tərəfindən təmir-bərpa edilir. Azərbaycan bu abidələri qoruyub və qoruyacaq. Bütün bunlara baxmayaraq ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi pozulmasına görə "xüsusi izləmə siyahısı"na daxil etməsi açıq-aşkar qərəzli yanaşmadır. Bu qərəzli yanaşma birmənalı rədd edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31