Makronun mikro “səviyyəli” fəaliyyəti: damcı-damcı aşağı...-Şəbnəm Həsənova- ÖZƏL

"İlk dəfə deyil ki, bir Fransa prezidenti xalqın qəzəbinə tuş gəlir: Nikola Sarkozi, Fransua Olland və Jak Şirak kimi siyasi fiqurlar öz dövrlərində də açıq şəkildə tənqid və hətta təhqir də olunmuşdular. "

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:

"Lakin heç kim Emmanuel Makron kimi belə geniş bir hörmət çöküşü yaşamayıb desək, yanılmarıq. Seçicilərinin 75%-dən çoxu belə Makronu bəyənmir. Reallıq isə budur ki, Makronun metodunda fundamental problem var. O hakimiyyətinin ilk müddətində avropapərəst ritorika ilə tərəfdaşlarını heyran etməyə qadir oldusa, lakin bu sonradan  böyük və konkret siyasət uğurlarına çevrilə bilmədi. Makronun siyasi fəaliyyəti Avropada da kəskin tənqid hədəfinə çevrilib. Belə ki, hər nə qədər COVID-19 böhranı Avropaya onun beynəlxalq iqtisadi asılılığını və həmrəylik ehtiyacını aydın göstərsə də, Ukraynadakı işğalçılıq müharibəsi avro böhranından bəri yaşanmamış birlik hissi yaratsa, bütün bunların fonunda Makron indiyə qədər ən çox avropapərəst prezident olsa da, onun siyasəti Aİ-yə yanaşmasının qeyri-müəyyənlik, birtərəflik və özünə xidmət kimi üç əsas xəstəlikdən əziyyət çəkməsi ilə dəyərləndirilir.
Makron kimi siyasi fiqurların reputasiyalarının sürüklənməsi ilə bağlı artan qorxular, nəhayət, avropalıları öz ümidsizliklərinin reallığına oyadır. Bir sözlə, Makron özünü doğrulda bilmədi. O, çoxluğun etirazlarına qarşı kobud mübarizə apararaq həm də əsas vədə xəyanət edir.
Makronun ritorikası ilə hərəkəti arasındakı uçurum ən çox Aİ liderlərinin 2022-ci ilin iyun ayında Fransanın Aİ-də dönəmli sədrliyinə son qoyan yekun görüşündə özünü göstərdi. İlkin olaraq onun daha dərin inteqrasiya ilə bağlı müraciətinə məhəl qoyulmadı, Avropa Siyasi Birliyinin yaradılması çağırışı demək olar ki, müzakirə olunmadı və Avropa müqavilələrində islahatların aparılması üçün potensial konvensiyanın müzakirəsi ümidi digər liderlərin gündəmindən o qədər uzaq idi ki, o, bütövlükdə gündəmdən çıxarıldı.
2019-cu ildə Qərbi Balkan ölkələri ilə üzvlük danışıqlarına başlamağı sərt şəkildə rədd etməsi, bunun Avropanın əksəriyyətini qıcıqlandırması, eyni ildə NATO-nun beyin ölümü ilə bağlı təxribatçı bəyanatı, çağırdığı yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılması istiqamətində heç bir addım atmağa imkan verməməsi Makronun Aİ-yə yanaşmasının həm çox vaxt özünə xidmət, həm də asanlıqla Napoleonun Avropanı Fransanın imicinə və maraqlarına uyğunlaşdırmaq cəhdi ilə eyniləşdirilir.
Makrona ilk vaxtlarda Avropanın gələcəyini və zəruri islahatları ən aydın şəkildə görən Avropa lideri olaraq ümid edilməsinə baxmayaraq, onun heç birinə nail ola bilməməsi Avropanı çox həssas və istiqamətsiz qoydu. Mövcud real təhlükə ondan ibarətdir ki, siyasi inteqrasiya üçün bir gündəm olmadığı halda, Avropanın sərhədindəki müharibə, sanksiyaların iqtisadi dəyəri və tələb olunan enerji keçidinin bahalaşması indiki anı fürsətdən parçalanma mənbəyinə çevirir.
Fransanın Avropa siyasəti daha aydın, daha səbirli və daha az özünə xidmət etməlidir. Fransa, hətta bir nəslin həyata keçirilməsi üçün tələb etdiyi institusional islahatlara dair qeyri-müəyyənliyini aradan qaldırmalıdır. O, həmçinin Avropa səylərinin möhtəşəmliyini və fərdiləşdirilməsini dayandırmalıdır.
Pensiya islahatları ilə bağlı ölkə daxilində misli görünməmiş qəzəb yaratmasından sonra hətta ölkədən kənarda da Fransa prezidentinin Hollandiyada çıxışı qanun layihəsinin əleyhdarları tərəfindən kəsildi. Pensiya məsələsində insanlar haqlı olaraq qəzəbləndilər ki, hökumət onlara pensiya zamanı alacaqları minimum məbləğ barədə qəsdən yanlış məlumat verib. Makron isə bildirdi ki, alternativ yoxdur. Bununla belə, iqtisadçıların göstərdiyi kimi, pensiya sisteminin maliyyələşdirilməsinin alternativ yolları mövcud idi. Lakin Makron məşhur şəkildə Fransanın sərvət vergisini ləğv etdi və seçildikdən sonra korporativ vergiləri azaltdı, qərarlar indi işləyən əhalinin üzərinə düşür. O, "varlıların prezidenti" kimi etiketlənərək, hər zamankından daha çox onların ən yaxşı müttəfiqi hesab olunur. Amma pensiya islahatı artıq ən böyük problem deyil. Onun qanun kimi təsdiqlənməsinin necə idarə edildiyi və rəqiblərinə qarşı pis rəftar, son sorğuda respondentlərin 65%-nin niyə Makronu "qəddar" hesab etdiyini izah edir. Onun təkəbbürü insanları nəinki təhqirə məruz qoyub, həm də o, Fransa sosial müdafiə sisteminin əsas sütunlarını sökməyə doğru getdiyi qənaətinə gəlməyə hazırdır.
Makronun uğursuz islahatları Fransanın suveren güc kimi gələcəyi üçün kritik elementlərdən biri hesab edilməsi artıq nağıl kimi dəyərləndirilir. Avroskeptik hesab olunan siyasətçilər belə onu "kinli, məsuliyyətsiz siyasətçi" adlandırılar.
Fransa hazırkı prezidentin rəhbərliyi altında Afrikanı müstəmləkəçiliklə istismar etməyə davam edir və Liviyanın enerji resurslarını ələ keçirməklə ölkənin məhvinə görə məsuliyyət daşıyır.
"Sarı jiletlilər"in etirazlar zamanı sərgilədiyi davranışlar ölkə daxilində belə tənqidlərə, saysız-hesabsız media məqalələri, kitablar və televiziya debatlarına səbəb olub. Polisin vəhşiliyi Makrona qarşı əhval-ruhiyyəni o həddə çatdırıb ki, insanların 77%-i indi prezidenti "avtoritar" hesab etdiyini deyir. Polis məmurlarının silahsız nümayişçiləri döyməsi, təhqir etməsi və ya vura biləcəkləri zərərlə bağlı zarafat etməsinin görüntüləri internetdə yayılıb. Hər etirazdan sonra heç bir təqibə səbəb olmayan yüzlərlə əsassız həbslər rəsmi vətəndaş azadlıqlarına nəzarət orqanları tərəfindən pislənilib və bu, hakimiyyətin qanuni etiraza mane olmaq üçün qəsdən polis taktikasından istifadə etdiyini irəli sürüb.
1962-ci ildə Əlcəzairə müstəqillik verdiyi və tənqidçilər tərəfindən xəyanət kimi qiymətləndirildiyi üçün hakimiyyətdə olarkən yalnız keçmiş prezident Şarl de Qoll əhalinin bir hissəsi tərəfindən rədd edilsə də, Makronu sevənlər hər nə qədər onun şəxsiyyəti ilə siyasi şəxsiyyəti arasındakı "boşluq"dan narahat olsalar da, son illərdə Makron hətta liderlərinə nifrət etməyi sevməklə məşhur olan bir ölkədə belə nadir düşmənçilik formasını ilhamlandırmağı "bacarıb". Makronun mikro "səviyyəli" fəaliyyəti: damcı-damcı aşağı düşür. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31