Makron yalnız öz elektoratının buyurduqlarını, hökmlərini yerinə yetirməklə məşğuldur - İlyas Hüseynov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Fransada Emmanuel Makrona qarşı müxtəlif nüfuzlu şəxslər, politoloqlar, ictimai rəyə təsir edə bilən şəxslər mənfi fikirdədir. "

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Məhz 2023-cü ilin yekunları ilə bağlı, ölkənin qazandığı uğurlarla bağlı da qeyri-müəyyənlik yaranıb. Yəni, "bu il ərzində Fransa hansı uğurları əldə etdi, hansı nəticələrə gəlib çıxdı?" sualına Makron xalqı qarşısında cavab verə bilmir. Aydındır ki, Fransa dünyada Makronun rəhbərliyi altında reytinq itirir, imicinə xələl gəlir, müxtəlif geopolitik ərazilərdə Fransanı, ordusunu görmək istəmirlər, Fransanın diplomatlarını qovurlar. Bu birbaşa olaraq, ölkə rəhbərliyinin adına yazılır, ölkə liderinin buraxdığı səhvlər və nöqsanlarla əlaqəlidir. Məhz bu xüsusda fransalı həmkarımız politoloq Bruno Kotres də ölkənin haraya və necə hərəkət etdiyi sualını ölkə rəhbərliyinə ünvanlayır. Buna görə də düşünürəm ki, Fransa Lideri öz fəaliyyəti dövründə bu ictimai rəydə qınağın səbəblərini araşdırmalıdır. Təəssüflər olsun ki, Makron yalnız öz elektoratının buyurduqlarını, hökmlərini yerinə yetirməklə məşquldur, onların sifarişlərini yerinə yetirir. Fransa dövlətinin imicinin zədələnməsi və xalq arasında çoxsaylı sualların yaranması onu maraqlandırmır. Məhz bu səbəbdən də Makron hakimiyyəti əleyhinə nümayişlər, mitinqlər güclənir. Düşünürəm ki, qarşıdakı dövrdə bu proses daha da inkişaf edəcəkdir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31