Fransada xalqın güvənəcəyi alternativ siyasi komandalar da qalmayıb - Tural İsmayılov - ÖZƏL
7 Yanvar 19:54 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əlbəttə, faktiki situasiya ondan ibarətdir ki, bu gün Fransada kifayət qədər ciddi ictimai xaos yaranır və bu xaosun fonunda Fransanın vəziyyəti dünyada get-gedə geriyə doğru getməyə davam edir. "
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Əslində ölkə daxilindəki sosial vəziyyətin gərginliyi çox uzun müddətdir ki, hiss edilirdi. Fransada polisin atlar və itlərlə zorakılıqla dağıtdığı "sarı jiletlilər" aksiyası, bundan bir müddət sonra Fransada Makronun dırnaqarası pensiya islahatlarına etiraz edən qəzəbli kütlə, kütlələrin mağazaları yağmalaması, soyğunçuluqlar etməsi ölkədəki ictimai-siyasi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Digər tərəfdən bu gün Fransada vəziyyət o qədər gərgin həddədir ki, ölkənin real iqtisadi-siyasi xilasının demək olar ki, mümkünlüyü görünmür. Fransa düçar olduğu ağır situasiyadan və vəziyyətdən çıxa bilmir. Eyni zamanda, qarşıdakı illərdə Fransanın vəziyyəti daha da gərginləşəcək. Çünki, Fransanın istər xarici ticarət dövriyyəsində, istərsə də iqtisadi situasiyasında çox ciddi geriləmələr mövcuddur. Əlbəttə ki, bütün bu faktorlar Fransanın vəziyyətinin get-gedə pisləşdiyini göstərir. Eyni zamanda, Fransada xalqın güvənəcəyi alternativ siyasi komandalar da qalmayıb. Bu gün Makron nə qədər səriştəsiz, qeyri-adekvat və neoimperialistdirsə, ona rəqib olan siyasi qüvvələr də Fransada neofaşizmi davam etdirir. Ümumiyyətlə, müşahidələr də onu göstərir ki, Fransada radikal sağçılıq elementləri kifayət qədər güclənibdir. Bu da Fransadakı hazırki ictimai-siyasi situasiyanı və xaosu kifayət qədər peşəkar formada nümayiş etdirir. Təəssüflər olsun ki, vəziyyətin bu həddə gəlib çatmasında günahkar olan qüvvələr ölkənin dəyişimi üçün demək olar ki, heçnə etmirlər. Burada Makronda bərabər Fransadakı müxalif qüvvələrin də çox böyük rolu var. "