Qarşıdakı illərdə Makron hakimiyyəti ciddi islahatlara əl ata bilməyəcəkdir - Sultan Zahidov - ÖZƏL
7 Yanvar 19:13 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Fransanın Makron tərəfindən idarə olunan hazırki siyasi isteblişmenti get-gedə Fransanın daxilində öz nüfuzunu azaltmaqdadır."
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Artıq ən son ictimai rəy sorğuları da onu göstərir ki, Fransa daxilində Makronun əvvəlki tək dəstəyi yoxdur. Bu da sözsüz ki, Makronun həm xarici, həm daxili siyasətdə uğursuz addımları ilə əlaqələndirilir. İlk növbədə xarici siyasətə nəzər salsaq görərik ki, Fransanın atdığı addımlar ona müxtəlif regionlarda daha da zəiflədiyini, hətta uzun illər ərzində Fransa üçün Afrika kimi resurs mənbəyi rolu oynayan əhəmiyyətli regionda belə nüfuzunun azaldığını görürük. Həm Malidə, həm Nigerdə, həm Burkina-Fasoda bu gün Fransa artıq əvvəlkitək təzyiq qüvvəsinə malik deyildir. Eyni zamanda, Fransanın Aralıq dənizi, Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində də biz destruktiv siyasətin şahidi oluruq. Cənubi Qafqazda Fransanın ermənipərəst mövqeyini bilirik və bu mövqe Fransaya heç də müsbət xallar gətirmir. Makronun eyni zamanda, Rusiya-Ukrayna müharibəsində də uğursuz vasitəçilik cəhdləri onun qlobal arenada artıq əvvəlkitək vacib aktor rolunu oynamasəna imkan vermir. Bu da sözsüz ki, Fransa xalqı tərəfindən sezilir. Eyni zamanda daxildəki siyasətə nəzər salsaq görürük ki, Makronun etdiyi islahatlar heç də Fransa iqtisadiyyatını canlandırmır, Fransanın sosial-iqtisadi sistemini müxtəlif problemlərdən qurtarmadı. Əksinə, görürük ki, pensiya islahatı ictimaiyyət tərəfindən xeyli tənqidə məruz qaldı. Eyni zamanda, uzun zamandır Makronun immiqrasiya ilə bağlı yeni həll paketi gündəmdədir. Fransa assambleyasından bu paket heç cür müsbət rəy almır. Solçular paketin kifayət qədər sərt olduğunu düşünərək buna səs verirlər. Sağçılar isə əksinə yumuşaq olduğunu düşünərək, Makronun təqdim etdiyi həll variantına qarşı olduqlarını bildirirlər. Belə olan halda sözsüz ki, parlamentdə üstünlüyə nail ola bilməyən Makronun immiqrasiya ilə bağlı həll paketi də nəticə vermədi. Digər tərəfdən Fransa iqtisadiyyatının göstəricilərinə nəzər salsaq görərik ki, burada əvvəlki illərdə olduğu qədər artım tempi yoxdur. Əksinə, biz Fransada inflyasiyanın, qiymətlərin artmasının şahidi oluruq, eyni zamanda işsizlik baş alıb gedir. Bütün bunların fonunda sözsüz ki, xalq tərəfindən artıq Makrona olan etimad azalmaqdadır. İndiki halda Makron siyasi establşmenti hər vəcdlə çalışır ki, son 3 ilində müəyyən islahatlara əl atsın. Parlamentdə belə Makronun koalisiyası üstünlük təşkil etmir. Bu baxımdan Makron üçün lazımı paketləri, qətnamələri parlamentdən keçirçək kifayət qədər müşkül olacaq. Bu da onu deməyə əsas verir ki, iləridəki illərdə Makron hakimiyyəti ciddi islahatlara əl ata bilməyəcəkdir. Eyni zamanda, Fransada artan islamafobiya və ksenofobiya kimi meyillər bir daha onu göstərir ki, Makron Fransada yaşayan fəqrli irqlərə qarşı adekvat siyasət həyata keçirməmiş, əksinə onların narazılığı daha da artmışdır. Belə olan təqdirdə, biz Fransanın həm daxildə, həm də xaricdə düşüşünün şahidi oluruq. Baxmayaraq ki, növbəti yayda 20204-cü ilin Olimpiya oyunları Parisdə olacaq, bununla belə suallar yaranır ki, Fransa bu Olimpiyanı keçirməyə nə qədər hazırdır? Mən düşünürəm ki, hal-hazırda Fransa belə bir iri miqyaslı tədbirə evsahibliyi etmək iqtidarında deyildir. "