Azərbaycan separatizmə qalib gəlməsi ilə bir ilkə imza atdı- ÖZƏL
7 Yanvar 2024 13:11 Siyasət"İki əsrdən bir qədər çox Azərbaycanın daxilində kök salmış separatizm nəhayət ki, məhv edildi. Bütün şəhsidlərimizin qisası alındı. Qarabağa, Şərqi Zəngəzura qədəm qoyan hər bir Azərbaycanlı bunu daha yaxından hiss edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, hər qarışı şəhid, qazi qani ilə yuyulmuş Vətən torpağı insanda qeyri-adi hisslər oyadır: "Azərbaycanın bütün kənd və şəhərləri sanki öz bütövlüyünə qovuşub. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar qürurla, fəxrlə "mənim vətənim Azərbaycandır"- deyir. Çünki artıq qalib, yenilməz xalq olduğunu bütün dünya gördü. Edilən təzyiqlərə, təsirlərə baxmayaraq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bu mübarizədən bir dəqiqə belə kənara çəkilmədi. İqtidar-xalq-ordu birliyi bu möhtəşəm Qələbəni təmin etdi. Ölkə başçısı bunu müraciətində xüsusi vurğulayaraq qeyd etdi ki, "dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın". Azərbaycan öz ərazisində separatizmə qalib gəlməsi ilə bir ilkə imza atdı. Bu gün bütün dünya bu nadir təcrübəni öyrənir".