İlham Əliyev hər zaman dünya azərbaycanlılarının fəaliyyətini yüksək dəyərləndirir- ÖZƏL
7 Yanvar 2024 11:59 Siyasət"Prezident İlham Əliyev hər zaman dünya azərbaycanlılarının fəaliyyətini yüksək dəyərləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib. Bildirib ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci ildə Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı: "Onlar Azərbaycan həqiqətlərinin təbliğində yüksək fəallıq nümayiş etdirirlər. Təbii ki, bu fəaliyyət özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev onların fəailiyyətini belə dəyərləndirmişdir: "Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur".