Qısa zamanda böyük işlərin görülməsi xalq-iqtidar birliyinin təzahürüdür- ÖZƏL

"İndi dövlətimizin qarşısında duran əsas prioritet məsələ insanların layiq olduqları şəkildə öz ata-baba yurdlarına qayıtmasını təşkil etməkdən ibarətdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun sözlərinə görə, artıq son bir ildə yaxşı nəticələr əldə olunub: "Belə ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevriliblər. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bugünədək 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında Talış kəndində Novruz bayramı, 28 may tarixində Laçın şəhərində Müstəqillik günü, avqust ayında Füzuli şəhəri və Zabux kəndində insanların öz torpaqlarına qayıtmaları ilə bağlı tədbirlər keçirilmişdir. Qısa zamanda böyük işlərin görülməsi xalq-iqtidar birliyinin təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31