ABŞ-nin özü də başda olmaqla elə Qərb dövlətlərinin bir çoxunun istər dini, istərsə də etnik zəmində tolerantlıqla bağlı Azərbaycandan öyrənəcəyi bir xeyli məsələlər var - Tural İsmayılov - ÖZƏL
6 Yanvar 2024 17:55 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ABŞ DD-nin hər il dini azadlıqlar və bölgələrdəki dinin vəziyyəti ilə bağlı açıqladığı hesabat heç vaxt obyektivliyə söykənməyib."
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan təkcə etnik, multikultural zənginliyinə görə deyil, həm də dini mənada tolerantlığın və dözümlüyün ən yüksək həddə olduğu ölkələrdən biridir. Bu gün Azərbaycanda müsəlman, xristian, yəhudi bir yerdə yaşayır, bu Vətən, bu Torpaq uğrunda əlindən gələni edir. Azərbaycanın 44 Günlük Vətən müharibəsində qazandığı qələbədə də dinindən, irqindəm və etnik mənsubiyyətindən asılı olmayaraq hər hir vətəndaşı iştirak edibdir. Etnik mənada belə zəngin və multikultural tolerant bir ölkəyə dəri rənginə görə təzyiqlərə məruz qalan hələ də irqi ayrı-seçkiliyin və dözümsüzlüyün ən yüksək səviyyədə olduğu ABŞ kimi bir dövlətin dırnaqarası qiymət verməyi əlbəttə ki, əsla qəbul edilən deyil. Digər tərəfdən Azərbaycanla bağlı dini situasiyanın analizi və hesabata salınmağı prosesində ANKA-nın fəallarından birinin iştirak etməsi və Aşbaxyan adlı, konkret olaraq daha əvvəllər Amerikadakı müxtəlif konsulluqlarda çalışmış Livan ermənisinin fəallıq göstərməsi özü də reallığın nədən ibarət olduğunu göstərir. Amerikanın dünyaya ədalət, insan haqları, demokratiyayla bağlı dərs keçməyə çalışmasına rəğmən görürük ki, reallıq tamamilə başqa bir məsələdir. Bundan əlavə ümumiyyətlə, ABŞ qanunvericiliyinə də ziddir ki, hansısa bir lobbist və diaspora təşkilatları ilə əlaqə saxlayan daha əvvəl başqa bir maraqlarını qoruyan bir şəxs bu gün ABŞ-nin Dövlət Departamentinin hansısa hesabatlarını hazırlasın. Bu baxımdan Azərbaycana qarşı ABŞ-dən davam edən haqsızlıqlar və ədalətsizliklər fonunda sonuncu Azərbaycanda dini azadlıqla bağlı dırnaqarası hesabatda ABŞ-nin növbəti imperialist mahiyyətini göstərir. Bu gün ABŞ-nin özü də başda olmaqla elə Qərb dövlətlərinin bir çoxunun istər dini, istərsə də etnik zəmində tolerantlıqla bağlı Azərbaycan öyrənəcəyi bir xeyli məsələlər var. "