Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində diplomatik səylər göstərməsinə mane olmur - Dövlət Departamenti
4 Yanvar 2024 23:15 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya heç bir halda ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib.
"Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səylər göstərməsinə heç bir şəkildə mane olmur və biz bu səyləri davam etdirəcəyik", - deyə o bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, Metyu Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Brayen bildirmişdi ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün xarici işlər nazirləri C.Bayramov və A.Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyə ümid edir.
Daha sonra Azərbaycan XİN-i xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.