2024-cü il sülh sazişinin imzalandığı il ola bilər - Sultan Zahidov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Biz bilirik ki, Sankt-Peterburqda prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın qeyri-rəsmi görüşü oldu və qeyri-rəsmi görüş olduğuna görə, yəni mətbuata rəsmi bəyanat verilmədiyinə görə, sözsüz ki, danışıqların detalları dəqiq şəkildə ictimaiyyətə məlum deyil, amma böyük ehtimalla müzakirə olunan məsələlər siyahısında ön planda olan məsələ məhz elə sülh sazişidir."

Bu fikirləri politoliq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bilirik ki, artıq sülh sazişi ilə bağlı tərəflər arasında bir neçə ayda intensiv danışıqlar davam edir, birbaşa görüşlər olmasa da onlayn və ya telefon vasitəsilə danışıqlar davam edir, əlaqələr movcuddur. Biz bilirik ki, ən son Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı son təklifləri Ermənistan tərəfinə göndərdi, indi biz Ermənistandan cavab gözləyirik və bu kimi təmasların və kontaktların olması sülh sazişinin imzalanmasını sürətləndirən amillər sırasındadır. İndi isə 2024-cü ildə biz birbaşa danışıqların yenidən bərpa olunmasını gözləyirik. Ya Moskvada, ya Vaşinqtonda, yaxud da hər hansı bir vasitəçinin iştirakı olmadan danışıqlar bərpa oluna bilər. Belə olan halda artıq düşünürəm ki, 2024-cü il sülh sazişinin imzalandığı il ola bilər. Əgər Ermənistan öz mövqeyində 180 dərəcə dəyişiklik həyata keçirməsə Fransanın və digər himayədarlarının göstərişləri ilə sülh prosesinə badalaq vurmasa 2024-cü il sülh sazişinin imzalandığı il ola bilər. Burada sözsüz ki, fundamental, prinsipial məsələlərdə razılıq əldə olunub. Ərazi bütövlüyünün tanınmasıdır, tərəflərdən birinin digərinə qarşı gücdən istifadə etməməsidir, ərazi iddiasının olmamasıdır, sərhədlərin delimitasiyasıyla bağlı sülh sazişində bir məqam da ola bilər. Azərbaycanın mövqeyi belədir ki, sərhədlərim delimitasiya-demarkasiyası 1991-ci ilin Alma-Ata protokoluna əsaslansın. Fundamental məsələlərdə razılıqlar var, sadəcə detallarda müəyyən narazılıq qalmaqdadır. Ermənistanın iddiası var ki, guya Azərbaycan Qaragöl yaxınlığında onun torpaqlarının müəyyən hissəsini işğal altında saxlayıb, 210 kv kilometr ərazi var. Digər tərəfdən Azərbaycanın 8 kəndi, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki qəsəbəsi erməni işğalı altındadır, bu real faktdır. Bu məqam, eyni zamanda, delimitasiya-demarkasiya məsələsi, ki, hansı xəritələrə əsaslanacaq, bunlar sözsüz ki, hələ də müzakirə predmetidir və sülh sazişini yubadan məsələlər məhz bu prinsiplərdən ibarətdir. İstənilən halda fundamental məsələlərdə razılıq əldə olunandan sonra artıq tərəflər arasında konstruktiv dialoq baş tutandan sonra 2024-cü ildə sülh sazişi real şəkildə imzalana bilər. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31