Bu, iki əməkdaşla yekunlaşmayacaq - Ramiz Alıyev - ÖZƏL

"Bu günlərdə  Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşını "arzuolunmaz şəxs" adlandıraraq ölkədən xaric etməsi məsələsini səfirə çatdırmışdır."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev bildirmişdir:

" "Persona-non-grata" olmaları çatdırılmış, iradlar təqdim edilmiş, səbəblər açıqlanmışdır. Hesab edirəm ki, bu, iki əməkdaşla yekunlaşmayacaq. Gələcəkdə görəcəyik ki, Fransanın Azərbaycandakı səfirliyində bir çox əməkdaşlar səfirliyin işləri ilə məşğul olmalı olduqları halda, digər məsələlərlə məşğuldurlar. Onlar xüsusi xidmət orqanının əməkdaşı kimi, ya da hansısa pozuçuluq fəaliyyəti ilə məşğul olan təşkilatların nümayəndəsi kimi çıxış edirlər. Bu da Fransa səfirliyinə XİN-də çatdırılmış və bildirilmişdir ki, bu cür hallara yol verilməsi diplomatik əlaqələr haqqında beynəlxalq konvensiyaya ziddir. 1961-ci ildə Vyana konvensiyası, diplomatik fəaliyyət haqqında qanun qəbul olunmuşdur. Bütün diplomatik nümayəndələr də bu qanunla hərəkət etməlidir. Təəssüflər olsun ki, Fransa səfirliyi öz ölkəsinin təxribatçılıq fəaliyyətini səfirlik vasitəsi ilə də həyata keçirir. Bu da Azərbaycan dövləti tərəfindən qəbuledilməzdir və edilmir də. Azərbaycan hüquq mühafizə orqanları və DTX bununla bağlı tədbir həyata keçirdi. Fransa dövlətinin və Fransa hökümətinin müəyyən agentura şəbəkəsinin bir qismini ifşa etdi. Bu da Fransa dövlətinə və Fransa hökümətinə çox böyük zərbə idi. Fransa kimi bir ölkənin bu cür addımlar atması qəbulolunmazdır və heç bir dövlət, ölkə bunu qəbul edə bilməz. Fransa təbii ki, bu cür təxribat dolu hərəkətləri ilə hələ də öz təxribatlarını aparır. Ümid edə bilərik ki, Avropa ölkələri, Avropa Şurası və Avropa birliyi də bu məsələdən xəbərdar olacaq. Fransanın bu cür hərəkətlərini yaxşı qarşılamayacaqlar. Azərbaycan dövləti, diplomatları diplomatik fəaliyyəti çox yaxşı bilirlər və onlar kənar işlərlə məşğul ola bilməzlər. Ümumiyyətlə bu, Azərbaycan diplomatlarına xas olan xüsusiyyət deyil. Fransa diplomatları isə dünyada öz diplomatik fəaliyyətlərindən başqa digər fəaliyyətlərlə məşğul olmaqla gündəmdədirlər. Onlar daima bu məsələlərə görə iradlar qəbul edirlər. Hesab edirəm ki, gələcəkdə Fransanın Azərbaycanla münasibətlərinin düzəlməsi üçün yalnız Makron hakimiyyətdən getməsi və hakimiyyətə gələcək yeni şəxsin Azərbaycanla münasibətlərinə yenidən baxması lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31