Prezident Xankəndindən Ermənistandaki revanşist qüvvələrə mesaj verdi- ÖZƏL
30 Dekabr 2023 09:42 Siyasət"Prezident İlham Əliyevin öz xalqı ilə qədim Azərbaycan torpağı olan Xankəndində bir yerdə olması, Ermənistandaki revanşist qüvvələrə və onların havadarlarına bir mesaj idi ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır. Biz öz torpaqlarımıza qayıtmışıq və əbədi burda yaşayacayıq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Prezidentimizin futbol matçını rəsmi şəxslərlə deyil, şəhid ailələri və onların övladları ilə bir yerdə izləməsi onlara böyük hörmət bəsləməsinin göstəricisi idi: "Ölkə başçımız hər zaman şəhidlərimizin xatirəsini uca tutub və gələbəmizi onların sayəsində qazandığımızı vurğulayıb. Uşaqların Mehriban xanıma yaxınlaşan zaman onun bu uşaqları ana qayğısı ilə bağrına basması bir daha Mehriban xanımın xalqının övladlarını öz övladları qədər sevdiyinin şahidi olursan. Bu tarixi günləri, anları xalqımıza bəxş etmək üçün Prezidentimiz 20 il istirahət etmədən gecə - gündüz çalışdı".