Azərbaycan malik olduğu təbii resurslara görə dünyanın diqqətindədir- ÖZƏL

​ "Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Ölkəmiz daim malik olduğu təbii resurslara görə dünyanın diqqətindədir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəsi üçün geniş imkanların yaranması Azərbaycana diqqəti daha da artırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, bu gün ölkəmizin etibarlı​ və arzuolunan tərəfdaş kimi tanınmasında, nüfuz qazanmasında uğurla həyata keçirdiyi, gələcəyə hesablanmış enerji siyasəti dayanır: "Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasını şərtləndirir. Azərbaycan hazırda qaz ixracatçısı kimi də nüfuz qazanıb. Cari ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında cənab İlham Əliyev enerji diplomatiyamızın uğurlarından bəhs edərkən bu rəqəmi də açıqladı ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31